Rusiyalı milyarder Fransada saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyalı milyarder Aleksey Kuzmiçev Fransada saxlanılıb.
BAKU.WS-in xəbərinə görə, bu barədə "Le Monde" qəzeti yazır.
Nəşr Milli Maliyyə Prokurorluğuna istinadən şübhəlinin Parisin yeddinci rayonundakı evində və onun Sen-Tropedəki villasında aparılan axtarışlardan bəhs edir.
Qəzet Kuzmiçevi “Rusiyanın ən nüfuzlu adamlarından biri” adlandırır və onun Ukraynadakı hadisələrlə bağlı Aİ sanksiyaları altında olduğunu qeyd edir. O, Fransa ərazisində olarkən sanksiya siyahısına daxil edilib.
Prokurorluğun bildirdiyinə görə, Kuzmiçevə qarşı aparılan istintaq vergi fırıldaqları, eləcə də digər qanun pozuntuları, o cümlədən “sanksiyaların pozulması" ilə bağlı şübhələrə aiddir.
Xatırladaq ki, ötən il martın 15-dən Kuzmiçev Aİ-nin sanksiyaları altındadır.
Kuzmiçevin nümayəndələrindən Fransa mediasından bu məlumatla bağlı hələlik heç bir şərh verilməyib.
Oxşar xəbərlər
17 yaşlı əlcəzairlinin qətli - Fransada davam edən irqçi cinayət - ŞƏRH
Bəziləri Fransada baş verən qanun pozuntularını, özbaşınalığı demokratiya və s. kimi dəyərləndirməyə səy göstərirlər. Ancaq bu ölkənin keçmişi də, indiki vəziyy...