Rusiyalı generalın Ukraynadakı ölümü rəsmən təsdiqləndi
Yeniliklərdən dərhal xəbərdar olun
Karaçaevskdə Rusiya Hərbi Hava Qüvvələrinin istefada olan general-mayoru Kanamat Botaşevin dəfn mərasimi keçirilib.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, rəsmi açıqlamalarda onun ölümünün təfərrüatları açıqlanmır.
Mayın 24-də Kanamat Botaşev Luqansk vilayəti üzərində səmada Ukrayna hərbçiləri tərəfindən vurulan Su-25 təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olub.
1959-cu il təvəllüdlü general Ukraynadakı müharibə zamanı ölümü məlum olan ən yüksək rütbəli rusiyalı pilotdur.
Bu günə qədər onun ölüm faktı rəsmi təsdiqini tapmamışdı.
Təqaüdçü pilotun Ukraynadakı hərbi əməliyyatlarda niyə iştirak etdiyi barədə məlumat verilmir.
Oxşar xəbərlər
Rusiya Ukraynanın 20%-ni işğal edib, 13 milyard dollarlıq hərbi texnikasını itirib
Rusiyanın Ukraynada işğal etdiyi ərazilər ölkənin 20%-ni təşkil edir. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hesablamanı “Forbes” nəşri aparıb. Nəşrin məlu...