Ruslar Luqansk vilayətinə hücum etdi: Ölənlər var

17
may
2022
10:41
Rus hərbçiləri Luqansk vilayətinin Severodonetsk rayonunda Popasnyanşınaya zərbə endirib.
BAKU.WS UNİAN-a istinadla xəbər verir ki, bu barədə Luqansk Hərbi Vilayət Administrasiyasının rəhbəri Sergey Qaydai məlumat verib.
Ümumilikdə, Luqansk vilayətinin atəşə tutulması nəticəsində on nəfər həlak olub, üç nəfər yaralanıb.
Onun sözlərinə görə, yaralananlar arasında Qornı, Zolotoy və Borovskoye sakinləri də var.
Həmçinin, Rusiya hərbçiləri Luqansk vilayətinin Severodonetsk, Qornoye, Zolote, Rubijne, Lisiçansk və digər yaşayış məntəqələrini atəşə tutub.
Oxşar xəbərlər
Ruslar Odessa vilayətinə hava zərbələri endirib: Yaralananlar arasında uşaq var
Rusiya Silahlı Qüvvələrinin Odessa vilayətinə raket hücumu nəticəsində biri uşaq olmaqla 3 nəfər ağır yaralanıb. BAKU.WS UNİAN-a istinadla xəbər verir ki, bu ba...
