Rubejnoye atəşə tutulub, 1 nəfər ölüb, 11 ev dağıdılıb

06
apr
2022
11:04
Rusiya ordusunun Luqansk vilayətinin Rubejnoye kəndini atəşə tutması nəticəsində 1 nəfər həlak olub, 5 nəfər yaralanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Luqansk vilayətinin Hərbi İdarəsinin rəisi Sergey Qaidai bəyan edib.
Məlumata əsasən, yeddi nəfər dağıntılar altından sağ çıxıb.
Həmçinin bölgədə daha 11 ev dağılıb.
Bundan əlavə Rusiya ordusu Lisıçansk, Popasna, Severodonetsk və Toşkivka yaşayış məntəqələrini atəşə tutub, nəticədə Rusiyanın mərmiləri iki hündürmərtəbəli binaya və 9 fərdi evə ziyan vurub.
Popasnada evin 3 mərtəbəsi bir anda yanıb.
Oxşar xəbərlər
Döyüşlərin səngimədiyi Luqansk vilayətindən görüntülər - VİDEO
Uzun müddətdir ki, döyüşlərin səngimədiyi Ukraynanın Luqansk vilayətindən yeni görüntülər yayımlanıb. BAKU.WS-in məlumatına görə, bu barədə UNİAN xəbər agentliy...
