Rusiyada uzun müddət evli qalan cütlüklərə pul veriləcək

Rusiyada uzun müddət evli qalan cütlüklərə pul veriləcək
Siyasət 102

Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyasından olan deputatlar 20 ildən artıq evli qalan cütlüklərə ödəniş verilməsini nəzərdə tutan qanun layihəsi hazırlayırlar.

BAKU.WS xəbər verir ki, bu barədə TASS-a Liberal Demokratlar fraksiyasının rəhbər müavini Yaroslav Nilov məlumat verib.

O xatırladıb ki, artıq bir neçə rayonda belə cütlüklərə dəstək üçün müxtəlif tədbirlər tətbiq olunub:

"İnanırıq ki, mövcud vəziyyəti nəzərə alaraq, analara və uşaqlara kömək edildiyi kimi, ailə institutunun da dəstəklənməsi önəmlidir. Əgər insanlar 20 ildən artıq nikahdadırlarsa, regional əmsallar istisna olmaqla, ər-arvadın hər birinə ayrı-ayrılıqda 20 min rubl ödəyək və bunu beş ildən bir təkrar edək", - deyə Nilov qeyd edib.

Nilovun sözlərinə görə, fraksiya bu qanun layihəsini partiyanın yaradıcısı Vladimir Jirinovskiyə həsr etmək istəyir.

Son xəbərlər