Rusiyada terror aktının qarşısı alındı, ölənlər var - VİDEO

Rusiyada terror aktının qarşısı alındı, ölənlər var - VİDEO
Video
Siyasət 904

Rusiyanın Yekaterinburq şəhərində terror aktı törətmək istəyən üç silahlı şəxs xüsusi əməliyyat zamanı zərərsizləşdirilib.

BAKU.WS xəbər verir ki, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) Terrorçuluğa qarşı Milli Komitəsinin keçirdiyi əməliyyatla bağlı görüntülər "Voennıy Osvedomitel" adlı Teleqram səhifəsinə yerləşdirilib.

Bildirilir ki, FTX əməkdaşları Yekaterinburqun Çkalovsk rayonunda antiterror əməliyyatı keçirib. Əməliyyat zamanı müqavimət göstərən 3 silahlı şəxs məhv edilib.

Hadisə yerində əldəqayırma partlayıcı qurğular, silah-sursat aşkar olunub.

Son xəbərlər