Rusiyada sovet dövrünün “QAİ” avtomobili satışa çıxarılıb - FOTO
“Avto.ru” saytında vaxtilə sovet Rusiyasının Dövlət Avtomobil Müfəttişliyinə (QAİ) məxsus olmuş VAZ 2101 avtomobili satışa çıxarılıb.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, elanın müəllifi 48 illik maşına görə 380 min rubl (təqribən 8900 manat) tələb edir.
Xidməti avtomobil indiyədək 120 min km məsafə qət edib. Şəkillərə əsasən demək olar ki, avtomobil yaxşı vəziyyətdə saxlanılıb.
Satıcı onun təmirə ehtiyacı olmadığını, kino çəkilişləri, korporativ gecələr və digər bu kimi tədbirlər zamanı lazım ola biləcəyini qeyd edir.
Avtomobildə 1.2 litrlik 64 at gücü olan benzin mühərriki və dördpilləli mexaniki ötürücü qutu quraşdırılıb.
Qalereya
Oxşar xəbərlər
Dünyanın ən zəngin insanlarının builki maliyyə itkiləri açıqlanıb - SİYAHI
Bu ilin yanvar-oktyabr aylarında xalis sərvəti ən çox azalan dünyanın 10 milyarderi ümumilikdə 120,67 mlrd. ABŞ dolları itirib. BAKU.WS APA-ya istinadən xəbər v...