Rusiyada silah anbarında yanğın: 40 min mərmi partlayıb - VİDEO

05
avq
2019
17:46
Rusiyada hərbi hissələrin birindəki silah-sursat anbarında yanğın baş verib. BAKU.WS xəbər verir ki, hadisə Krasnoyarsk diyarının Açinsk rayonunda qeydə alınıb. Yanğın zamanı 125 və 152 millimetr kalibrli 40 mindən çox sursat partlayıb.Rusiya Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Dairəsinin mətbuat xidməti açıqlayıb ki, anbardakı yanğının lokallaşdırılması üçün zirehli texnikalar da yanğınsöndürmə işlərinə cəlb olunub. Yanan anbarın 20 kilometr radiusundakı əhalinin təcili evakuasiyasına başlanılıb.
Oxşar xəbərlər
Yasamalda məcburi köçkünün evi yandı - VİDEO
Bu gün axşam saat 18:30 radələrində Yasamal rayonunda yanğın baş verib.BAKU.WS-in əməkdaşının məlumatına görə, hadisə Şərifzadə 196 ünvanında qeydə alınıb. Onun...
