Rusiyada polis rəisi vəzifəsindən istefa verdi, sonra saxlanıldı

Rusiyada polis rəisi vəzifəsindən istefa verdi, sonra saxlanıldı
Siyasət 41

Novosibirskdə təhlükəsizlik qüvvələri Rusiya Daxili İşlər Nazirliyinin Sibir Federal Dairəsi (SFO) üzrə Nəqliyyat İdarəsinin daxili təhlükəsizlik şöbəsinin keçmiş rəisi Maksim Krasnovu saxlayıb.

Bu barədə "ngs.ru" portalı xəbər verib.

Məlumata görə, Krasnov tutulmazdan bir müddət əvvəl tutduğu vəzifədən istefa verib. İlkin olaraq onun saxlanması İqtisadi Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Xidmətinin (OEBiPK) Novosibirsk üzrə keçmiş rəhbəri Andrey Xominin ifadəsi ilə bağlıdır.

Nəqliyyat polisinin mühafizə xidmətinin keçmiş rəisinin konkret nədə şübhəli bilindiyi hələlik məlum deyil. Cinayət işinin istintaqını Rusiya İstintaq Komitəsinin 5-ci İstintaq İdarəsinin əməkdaşları aparır.

Son xəbərlər