Rusiyanın dəmir yolu rəisi rüşvət almaq ittihamı ilə saxlanıldı

Rusiyanın dəmir yolu rəisi rüşvət almaq ittihamı ilə saxlanıldı
Siyasət 29

Hüquq-mühafizə orqanları Şərqi Sibir dəmir yolunun rəisi Vadim Vladimirovu saxlayıblar.

Bu barədə "Alternativ yurispudensiya" Telegram kanalı məlumat verib.

Vladimirov rüşvət almaqda şübhəli bilinir. Onun işi Novosibirskdə İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin Beşinci İstintaq İdarəsində icra olunmaqdadır. Əvvəllər məhkəmə ehtimal olunan rüşvət verənləri həbs etmişdi.

Saxlanılan şəxs bu vəzifədə 2021-ci ilin mart ayından çalışır.

Buna qədər məhkəmə Krasnoyarsk dəmir yolunun keçmiş müavinini iş adamlarından rüşvət almaqda ittiham edərək altı il müddətinə ciddi rejimli koloniyada cəza çəkməyə məhkum edib. İstintaqın versiyasına görə, 2016-2018-ci illər arasında həmin şəxs Şərqi Sibir dəmir yolunun rəisinin müavini vəzifəsində işləyərkən kommersiya təşkilatının direktorundan 3,5 milyondan çox rubl dəyərində pul, tikinti materialları və elektrik avadanlığı şəklində rüşvət alıb.

Son xəbərlər