Rusiyada mikroavtobus qəzası: 16 ölü
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Ulyanovsk vilayətində mikroavtobusun qəzaya uğraması nəticəsində azı 16 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə vilayətin Nikolayevsk rayonunda, M-5 Ural avtomobil yolunun 809-cu km-də qeydə alınıb.
Daxili İşlər Nazirliyinin regional idarəsindən verilən məlumata görə, ağır yük maşınının sürücüsü qarşıdan gələn zolağa çıxaraq mikroavtobusla toqquşub.
İlkin məlumata görə, Ulyanovsk vilayətində qəzaya uğrayan mikroavtobusda Qazaxıstan vətəndaşları olub.
Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir və hadisənin səbəbləri araşdırılır.
Oxşar xəbərlər
Rusiyalı milyonçuları kimlər öldürür? - Son 3 ayda 8 biznesmen ölüb
Son üç ay ərzində Rusiyanın 8 milyonçusu müəmmalı şəraitdə dünyasını dəyişib. BAKU.WS xəbər verir ki, onların bəziləri ailələri ilə birgə ölü tapılıb. Maraqlıdı...