Rusiyada məktəbin damı çökdü
Rusiyanın Orenburq vilayətinin Donskoy kənd məktəbinin idman zalının damı uçub.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə region üzrə İstintaq İdarəsi məlumat yayıb.
“Bazar günü Krasnoqvardeysk rayonunun Donskoy kəndində yerləşən Krasnoqvardeyskaya gimnaziyasının binasının təmiri zamanı vəzifəli şəxslərin səhlənkarlığı nəticəsində idman zalında tavan plitələri uçub. Xəsarət alan olmayıb”, - məlumatda deyilir.
İlkin versiyaya görə, dam örtüyü son vaxtlar Orenburq vilayətində yağan güclü qarın ağırlığı altında çöküb.
Hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 293-cü maddəsi (“Səhlənkarlıq”) ilə cinayət işi başlanıb.
Oxşar xəbərlər
Sahildə fırtına, Şərqdə qar - Türkiyə qeyri-sabit havanın ağuşunda - FOTO
Türkiyədə müşahidə olunan qeyri-sabit hava şəraiti 2 gündür ki davam edir. BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, ölkənin bir tərəfində qarlı hava, di...