Rusiyada FHN-nin rəislərindən biri saxlanıldı

Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları Fövqəladə Hallar Nazirliyinin Samara vilayəti üzrə baş idarəsinin rəisi, daxili xidmət general-mayoru Oleq Boykonu korrupsiyada şübhəli bilinərək saxlayıblar.
Bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Boykoya qarşı rüşvət vermə və alma maddəsi ilə cinayət işi açılıb. Dövlət Dumasının deputatı Aleksandr Xinşteynin aydınlaşdırdığı kimi, o, 25 milyon rubl məbləğində rüşvət almaqda şübhəli bilinir.
Oleq Boykonun 56 yaşı var. 1998-ci ildən Fövqəladə Hallar Nazirliyində xidmət edib. 14 mart 2014-cü ildə Rusiya Federasiyası Prezidentinin fərmanı ilə o, Rusiya Fövqəladə Hallar Nazirliyinin Samara vilayəti üzrə baş idarəsinin rəisi vəzifəsinə təyin edilib. 2016-cı ilin iyun ayında ona daxili xidmət general-mayoru rütbəsi verilib. II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Oxşar xəbərlər
Azərbaycanlı biznesmenə görə nazir müavini işdən qovuldu
Samara vilayəti üzrə daxili işlər nazirinin müavini, daxili xidmət general-mayoru Yuri Safronov vəzifəsindən azad edilib. BAKU.WS lent.az-a istinadən xəbər veri...
