Rusiyada deputat "dezinformasiya" yaydığına görə axtarışa verildi

Rusiyanın Omsk şəhərində Kuybışev rayon məhkəməsi şəhər sovetinin deputatı Dmitri Petrenko barəsində axtarış elan edib.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə Kuybışev rayon məhkəməsinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, ona yaşadığı mənzili tərk etmək qadağan olunub. O, şəhər sovetinin iclaslarında iştirak etməyib. İlkin məlumata əsasən, Dmitri Petrenko Rusiyadan xaricdədir.
“Axtarış elan edilməklə yanaşı, onun barəsində həbs-qətimkan tədbiri də seçilib. O, indiyədək məhkəmə iclaslarında iştirak etməyib”, - məhkəmədən bildirilib.
İstintaqın ilkin versiyasına əsasən, D.Petrenko sosial şəbəkədə etibarlı mənbə adı altında Rusiya Silahlı Qüvvələrinin Ukraynada keçirdiyi "xüsusi hərbi əməliyyatlar" nəticəsində mülki infrastrukturu və Ukraynanın dinc sakinlərini məhv etməsinə dair “yalan” məlumatlar yaymaqda ittiham olunur.
Oxşar xəbərlər
Rusiya Ukraynanın 20%-ni işğal edib, 13 milyard dollarlıq hərbi texnikasını itirib
Rusiyanın Ukraynada işğal etdiyi ərazilər ölkənin 20%-ni təşkil edir. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hesablamanı “Forbes” nəşri aparıb. Nəşrin məlu...
