Rusiyada 92 yaşlı gəlinlə 70 yaşlı bəy toy mərasimi keçirdi - VİDEO
Rusiyanın Tümen vilayətində 92 yaşlı gəlinlə 70 yaşlı bəy bütün adət-ənənələrlə toy mərasimi keçirib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Raisa Stepanova və Qennadiy Arkadyeviç əvvəlcə gözəllik salonuna yollanıblar.
Gəlin dizayner işi olan dəbli paltar, bəy üçün xüsusi hazırlanmış kostyum geyinib. İmza mərasimi, buket atmaq və sair ənənəyə uyğun həyata keçirilib. Vacib gün fotoqraf tərəfindən çəkilib, Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatın (VVAQ) qapısında isə onları limuzin qarşılayıb və doğma kəndlərinə aparıb. Toy mərasimi orada davam edib.
Məlumata görə, cütlük kənd sahə müvəkkilinin sayəsində tanış olub. Təqaüdçü tək qaldığını və evlənmək istədiyini deyib, hüquq mühafizəçi də kişinin istədiyi parametrlərə uyğun ən yaxşı namizədi göstərib. Tanışlıqdan sonra cütlük evlənməyi gecikdirməmək qərarına gəlib və nikah üçün Tümenin ən təntənəli VVAQ-nı seçib.
Oxşar xəbərlər
"Oskar 2020" mükafatının möhtəşəm təqdimetmə mərasimi baş tutub - VİDEO
"Oskar-2020"nin qalibləri müəyyənləşib. BAKU.WS xəbər verir ki, Amerika Kino Sənəti Akademiyasının “Oskar” mükafatının 92-ci təqdimetmə mərasimi Los-Ancelesin...