Rusiya XİN: “Üçtərəfli bəyanatlar Bakı ilə İrəvan arasında barışıq üçün alternativi olmayan “yol xəritəsi”dir”
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya üçtərəfli bəyanatları Azərbaycan və Ermənistan arasında barışıq prosesi üçün alternativi olmayan “yol xəritəsi” hesab edir”.
“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.
“Biz dəfələrlə bəyan etmişik ki, ölkələrimizin bəyanatları əsasında Bakı ilə İrəvan arasında üçtərəfli formatda - Rusiya, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzərində işləyirik. Biz üçtərəfli bəyanatlar toplusunu proses üçün alternativsiz “yol xəritəsi” hesab edirik. Bu işin öz trekləri, danışıqlar prosesinin dinamikası, formatları və əlavə alətləri var. Biz heç nəyi məcbur etməyə çalışmırıq, plana əməl edirik”, - o vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistanın yanaşmalarının yaxınlaşması Rusiya üçün həmişə prioritet olaraq qalır.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...