Rusiya XİN: “Sülh sazişinin şərtlərini Azərbaycan və Ermənistan özü müəyyən etməlidir”

Rusiya XİN: “Sülh sazişinin şərtlərini Azərbaycan və Ermənistan özü müəyyən etməlidir”
Siyasət 12

"Rəsmi Moskva hesab edir ki, Azərbaycan və Ermənistan sülh sazişinin imzalanmasında tələsməməlidir".

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar

TASS-a müsahibəsində deyib. O bildirib ki, tələsik hazırlanmış sülh sazişi regiona davamlı sülh gətirməyəcək:

“Bu, gələcəkdə yeni münaqişə və faciələrə zəmin yaradacaq. Prioritet sürət yox, keyfiyyət olmalıdır. Qarşılıqlı şəkildə məqbul həll yolları tapılmalıdır”.

D.Qonçarın fikrincə, sülhün şərtlərini Bakı və İrəvan özü müəyyən etməlidir:

“Məsuliyyətli vasitəçilərin vəzifəsi danışıqlar prosesini sürətləndirmək deyil, uzunmüddətli razılaşmaların əldə olunmasına töhfə verməkdir”.Departament direktorunun sözlərinə görə, mövcud reallıqlar nəzərə alınmalıdır.

Son xəbərlər