Rusiya WUF13-də şəhərlərin dayanıqlı inkişafına sadiqliyini bəyan edib
Rusiya şəhərlərin dayanıqlı inkişaf məqsədlərinə nail olmağa sadiq qalır və mənzil tikintisi sahəsində genişmiqyaslı layihələrin icrasını davam etdirir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya nümayəndə heyətinin təmsilçisi WUF13 çərçivəsində keçirilən dəyirmi masada bildirib.
Onun sözlərinə görə, tikinti sahəsi ölkənin iqtisadi inkişafının əsas hərəkətverici qüvvələrindən biridir.
"Bütün ölkə ərazisində yeni yaşayış məhəllələri, sosial strukturlar tikilir, kommunal qurğular modernləşdirilir, ictimai məkanlar yaradılır", - o bildirib.
Rusiya nümayəndə heyətinin təmsilçisi qeyd edib ki, ölkə yaşayış üçün infrastrukturun yaradılması ilə bağlı genişmiqyaslı milli layihələr həyata keçirir.
"Son 5 il ərzində biz təxminən 650 milyon kvadratmetr yaşayış sahəsi inşa etmişik", - o vurğulayıb.
Oxşar xəbərlər
WUF13-də nazirlərin dəyirmi masası başa çatıb
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) birinci günü çərçivəsində nazirlərin dəyirmi masası başa çatıb. BAKU.WS "Report"a ist...