Rusiya və Türkiyə qaz tədarükünün qismən rublla ödənilməsinə razılaşıb

05
avq
2022
22:29
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Türkiyəyə qaz tədarükünün qismən rublla ödənilməsinə razılaşıblar.
Bu barədə rusiyalı jurnalistlərə Rusiya baş nazirinin müavini Aleksandr Novak iki lider arasında aparılan danışıqların yekunlarına dair bildirib.
“Türkiyə Respublikasına kifayət qədər böyük həcmdə - ildə 26 milyard kubmetr qaz tədarükününün vacib komponenti müzakirə olunub. Danışıqlar əsnasında prezidentlər razılaşdırdılar ki, biz qazın qismən tədarükünə başlayacağıq və ödənişi rublla edəcəyik”, - Novak bildirib.
Oxşar xəbərlər
Putin dost olmayan ölkələrə qazın rublla satılması haqqında fərman imzalayıb
Rusiya Prezidenti Vladimir Putin Rusiya qazının “dost olmayan ölkələr”ə rublla satışının yeni qaydası haqqında fərman imzalayıb. “Report” xəbər verir ki, bu bar...