Rusiya Ümumdünya Turizm Təşkilatından çıxdı
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Federasiyası Hökuməti Xarici İşlər Nazirliyinin bu ölkənin Ümumdünya Turizm Təşkilatından çıxması ilə bağlı təklifini qəbul edib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, müvafiq sərəncam bu gün rəsmi hüquq-informasiya internet portalında dərc edilib.
Aprelin 27-də Rusiya fəaliyyəti siyasiləşdirdiyinə görə Ümumdünya Turizm Təşkilatından (ÜTT) çıxmaq niyyətini açıqlayıb.
Elə həmin gün ÜTT Baş Assambleyası növbədənkənar iclası zamanı Ukraynaya davam edən hərbi hücumla əlaqədar Rusiyanın üzvlüyünün dayandırılması barədə qərar qəbul edib.
Qeyd edək ki, Rusiya 1991-ci ildən SSRİ-nin hüquqi varisi kimi ÜTT-də iştirak edir.
Oxşar xəbərlər
Ukraynada öldürülən Rusiya ordusunun 10 yüksəkrütbəli zabiti kimdir? - DOSYE
Ukraynada hərbi əməliyyatlar başlayandan bu günə qədər Rusiya Silahlı Qüvvələrinin 4 generalı və 3 polkovniki öldürülüb. Rusiya ordusunun ali komandanlığının öl...