Rusiya Ukraynaya İran raketləri ilə hücum etməyə hazırlaşır
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya ordusu bu payızda və ya qışda İranın "Fateh-360" ballistik raketləri ilə Ukraynanın mülki və enerji infrastrukturunu atəşə tutmağa başlaya bilər.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutu (ISW) bildirib.
ISW həmçinin qeyd edir ki, Ukraynanın elektron müharibə sistemləri Rusiyanın fəal şəkildə istifadə etdiyi İran dronlarına qarşı daha təsirli olub. Bu, Ukraynaya kritik obyektlərə və böyük şəhərlərə raket hücumlarından qorunmaq üçün sursatlara qənaət etməyə imkan verəcək.
ISW ekspertləri hesab edir ki, hazırda Moskva və Kiyev hərbi yarışda iştirak edir və Ukrayna tərəfi texnoloji yeniliklərdə Rusiya tərəfini qabaqlayır. Bunun sayəsində Ukrayna Rusiyanın maddi üstünlüyünü neytrallaşdıra biləcək, analitiklər əmindirlər.
Oxşar xəbərlər
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 13-cü iclasında iştirak...