Rusiya taxılı ilə yüklənmiş qatar Azərbaycandan Ermənistana yola düşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya taxılı ilə yüklənmiş qatar Azərbaycandan Ermənistana yola düşüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Ağstafada Böyük Kəsik Dəmiryol Stansiyasından yola salınan qatar öncə Gürcüstana, oradan da Ermənistana gedəcək.
Qeyd edək ki, noyabrın 4-də saat 00:15-də Rusiya Federasiyasından Azərbaycan və Gürcüstandan tranzit keçməklə ümumi çəkisi 1048,8 ton olan buğda yüklü 15 ədəd vaqon rəsmiləşdirilərək Ermənistanın Dalarik stansiyasına yola salınıb.
Xatırladaq ki, Prezident İlham Əliyev Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlərin aradan qaldırıldığını Qazaxıstanda verdiyi bəyanatda qeyd etmişdi.
Qalereya
Oxşar xəbərlər
Ceyhun Bayramov TDT-nin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib
29 oktyabrda xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə işgüzar səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatı (TDT) Xa...