Rusiya sülhməramlılarının iç üzü: Azərbaycanlı jurnalistlər necə təhdid olundular? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Sadəcə bir neçə saat bəs etdi ki, Rusiya sülhməramlıları özləri öz fəaliyyətlərini şübhə altına alsınlar. Baş Qərargahla əlaqələrinin olmadıqlarını, separatçıları separatçı hesab etmədiklərini və postlarda düzgün yoxlanış apara bilmədiklərini etiraf etsinlər.
Azərbaycan mütəxəssislərinin Azərbaycan ərazisində tədqiqat aparmaq istəməyi niyəsə uzun prosesə çevrildi. Danışıqlar dəqiqələrlə davam etdi.
Onlar Azərbaycanın nümayəndə heyətinin keçməsinə maneə törətdilər. Bu bəs deyil, hələ media nümayəndələrini də təhdid etdilər.
Sülhməramlıların arxasında gizlənən şəxslər isə onların “polis” kimi təqdim etdiyi separatçılar idilər. Rusiya sülhməramlıları da yaxşı bilirlər ki, 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanata əsasən, həmin “polislər” Azərbaycan ərazilərindən çıxarılmalı idilər.
Bütün bunlar sadəcə bir gün ərzində baş verənlərin qısa fraqmentləridir:
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...