Rusiya qoşunları Luqanskda şəhərin böyük hissəsini ələ keçirdilər
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya qoşunları Ukraynanın Luqansk əyalətinin inzibati mərkəzi Severodonetsk şəhərinin böyük hissəsini ələ keçirib
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qaydayın teleqram kanalına istinadən məlumat yayıb.
O, qeyd edib ki, axşam saatlarına olan məlumata görə, Rusiya qoşunları Severodonetskin əksər hissəsinə nəzarət edir.
"Şəhərin daxilində döyüşlər gedir, Rusiya qoşunları təəssüf ki, şəhərin böyük hissəsinə nəzarət edir.
Onun sözlərinə görə, Ukrayna qoşunları tutduqları mövqeləri müdafiə edirlər. Dağıntılara gəlincə, Severodonetsk bu baxımından Rubijne və Popasnaya yaxınlaşır: demək olar ki, bütün kritik infrastruktur dağıdılıb, mənzil fondunun 90 %-i zədələnib, bunun yarıdan çoxunu bərpa etmək mümkün deyil.
Oxşar xəbərlər
Ukrayna ordusu daha bir yaşayış məntəqəsini ruslardan geri alıb
Ukrayna ordusunun bölmələri Luqansk əyalətinin Toşkovka qəsəbəsini Rusiya hərbçilərindən azad edib. BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Luqans...