Rusiya qırıcısı öz ərazisini vurdu - VİDEO

Rusiya qırıcısı öz ərazisini vurdu - VİDEO
Video
Siyasət 150

Rusiya ordusuna məxsus“Su-34” qırıcısı bu ölkənin Ukrayna ilə sərhəddə yerləşən Belqorod şəhərinə zərbələr endirib.

BAKU.WS xəbər verir ki, “Su-34” qırıcısı bütün sursatını Belqorod ərazisinə boşaldıb. Nəticədə böyük partlayış baş verib. Yerdə 20 metr dərinliyində çuxur meydana gəlib.

Hadisə zamanı iki nəfər yaralanıb. Park halında olan avtomobillərə isə ciddi ziyan dəyib. Ətrafda yaşayan sakinlər əvvəl təyyarə səsinin sonra isə güclü partlayış səsinin gəldiyini bildiriblər.

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda hadisənin yanlışlıqla baş verdiyi qeyd edilib.

BAKU.WS həmin görüntüləri təqdim edir:

Son xəbərlər