Rusiya Prezidenti oktyabrın 11-də Türkmənistana səfər edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putin oktyabrın 11-də Türkmənistana işgüzar səfər edəcək.
"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Putin Aşqabadda böyük türkmən şairi və mütəfəkkiri Məqtimqulu Fəraqinin anadan olmasının 300-cü ildönümünə həsr olunmuş "Dövrlərin və sivilizasiyaların qarşılıqlı əlaqəsi" adlı beynəlxalq forumda iştirak edəcək.
Dəvət olunan ölkələrin liderləri arasında Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan və Özbəkistan prezidentləri, bir sıra digər dövlətlərin nümayəndələri də var.
Qeyd olunur ki, Vladimir Putin Aşqabadda İran prezidenti Məsud Pezeşkianla da görüş keçirməyi planlaşdırır.
Oxşar xəbərlər
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 13-cü iclasında iştirak...