Rusiya ordusu Kiyevi "Kinjal" və "İskəndər" raketləri ilə vurub
Bu gün səhər saatlarında Ukraynanın Kiyev və Xmelnitski vilayətlərində partlayış səsləri eşidilib.
Bu barədə "Obshchestvennoye" nəşri yerli sakinlərə istinadən məlumat yayıb.
Ukrayna paytaxtının meri Vitali Kliçkonun bildirib ki, Kiyev vilayətində hava hücumundan müdafiə sistemləri işə düşüb.
Bildirilir ki, Rusiya Silahlı Qüvvələri "Kinjal" hipersəs və "İskəndər" ballistik raketləri ilə hücumları həyata keçirilib.
Buna qədər gecə saatlarında Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin əsas aerodromlarına zərbələr endirib. Xüsusilə Kiyev ətrafındakı obyektlər, Bila Tserkva şəhəri yaxınlığı, eləcə də Poltava və Xmelnitski vilayətlərindəki obyektlər hədəfə alınıb.
Oxşar xəbərlər
Rusiya Ukraynada döyüşlərdə “Zirkon” raketlərindən istifadə edib - VİDEO
Rusiyada xüsusi hərbi əməliyyat (SVO) zonasında “Zirkon” hipersəs raketlərindən döyüşdə istifadəsi təqdiqlənib. BAKU.WS xəbər verirb ki, bu barədə Amerikanın “M...