Rusiya Müdafiə Nazirliyi Ukraynada itkilərini açıqlayıb

Rusiya Müdafiə Nazirliyi Ukraynada itkilərini açıqlayıb
Siyasət 208

Ukraynada xüsusi hərbi əməliyyat zamanı 1,3 mindən çox Rusiya hərbçisi həlak olub.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü jurnalistlərə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini, general-polkovnik Sergey Rudskoy bildirib.

"Təəssüf ki, xüsusi hərbi əməliyyat zamanı yoldaşlarımız arasında itkilər olur. Bu günə kimi 1351 hərbçi həlak olub, 3825-i yaralanıb", - S.Rudskoy deyib.

Onun sözlərinə görə, həlak olanların ailələrinin təminatını dövlət öz üzərinə götürəcək.

Son xəbərlər