Rusiya Müdafiə Nazirliyi bu vilayətdə Ukraynaya məxsus 3 PUA-nın vurulduğunu açıqlayıb

Rusiya Müdafiə Nazirliyi bu vilayətdə Ukraynaya məxsus 3 PUA-nın vurulduğunu açıqlayıb
Siyasət 2

Rusiyanın hava hücumundan müdafiə sistemləri Voronej vilayəti üzərində Ukraynanın üç pilotsuz təyyarəsini vurub.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu il yanvarın 16-da saat 01:50-dən 02:50-dək Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki hədəflərə təyyarə tipli PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb”, - deyə məlumatda qeyd olunub.

Bölgənin rəhbəri Aleksandr Qusev bildirib ki, ilkin məlumatlara görə, hücum nəticəsində itki yoxdur. Onun sözlərinə görə, bir yaşayış binasında eyvanda baş verən yanğın söndürülüb, iki yaşayış binasının və bəzi fərdi yaşayış evlərinin şüşələri sınıb:

"Biz ən qısa zamanda bütün vətəndaşlara yardım göstərəcəyik. Vəziyyəti nəzarətdə saxlayıram", - deyə rayon rəhbəri əlavə edib.

Son xəbərlər