Rusiya Konstitusiyasında Allahın adı çəkiləcək - Müfti razılıq verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Müsəlmanlarının Mərkəzi Dini İdarəsinin sədri, Rusiyanın ali müftisi Talqat Tacuddin Konstitusiyada Allahın adının çəkilməsi barədə düzəlişi dəstəkləyib.
BAKU.WS xəbər verir ki, T.Tacuddin Allahı tanımağın bütün dinə aid insanların daxili mahiyyətini təşkil etdiyini bildirib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Konstitusiyanın 67.1-ci bəndində Allahın adının çəkilməsini təklif edib. Düzəlişlər qəbul edilərsə, bu bənd belə səslənəcək: “Minillik tarixlə birləşmiş Rusiya Federasiyası idealları və Allaha inamı bizə ötürmüş əcdadlarımızın xatirəsini, eləcə də Rusiya dövlətinin inkişafında varisliyi qoruyub saxlayaraq tarixən formalaşmış dövlət birliyini tanıyır”.
Bundan əlavə, Prezident konstitusiyada rus dilinə dövlət dili statusunun verilməsini də təklif edib. Dini İdarənin sədri bu təklifi də dəstəkləyərək deyib ki, rus dili Rusiyada millətlərarası ünsiyyət dilidir. Ölkədə yaşayan 193 böyük və kiçik xalqlar rus dili vasitəsi ilə ünsiyyət qururlar.
Oxşar xəbərlər
Putin Medvedevə yeni vəzifə təklif edib
Rusiya Prezidenti Vladimir Putin ölkənin keşmiş baş naziri Dmitri Medvedevə yeni vəzifə veriləcək. BAKU.WS-in məlumatına görə, Putin Medvedevə yeni təsis olunan...