Rusiya Kiyevə hücum edib: Ölən və xəsarət alanlar var - FOTO

Rusiya Kiyevə hücum edib: Ölən və xəsarət alanlar var - FOTO
Foto
Siyasət 129

Mayın 30-na keçən gecə Ukraynanın bəzi vilayətlərində hava həyəcanı xəbərdarlığı elan edilib.

BAKU.WS UNİAN-a istinadən xəbər verir ki, Rusiya ordusu mayın 30-a keçən gecə pilotsuz uçuş aparatları ilə Ukraynanın paytaxtı Kiyevə hücum edib.

Qeyd edilir ki, siqnallar Çerniqov, Kiyev, Jitomir, Çerkask və Kirovoqrad vilayətlərinin ərazisində səslənib. Kiyev regional hərbi administrasiyası pilotsuz uçuş aparatlarının hərəkəti barədə məlumat verib.

Paytaxtdakı partlayışlar barədə mer Vitali Kliçko da məlumat verib. O, daha sonra əlavə edib ki, hazırda bütün təcili yardım xidmətləri şəhərin Podolsk və Qoloseyevski rayonlarına göndərilib. Mer təfərrüatları açıqlamayıb.

Qeyd edilir ki, Kiyevin Darnitski rayonunda dağıntılar olub, yanğın başlayıb. Qoloseyevski rayonunda 27 yaşlı qadın xəsarət alıb, o, xəstəxanaya yerləşdirilib.

Partlayışlar Peçersk və Podolsk vilayətlərində də baş verib.

Peçerskdə avtomobillərə ziyan dəyib. Darnitski rayonunda fərdi yaşayış evi yanıb, park edilmiş avtomobillər zədələnib.

Hücumlar zamanı 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Son xəbərlər