Rusiya hərbçiləri Xersonda deputatı qaçırıblar

Rusiya hərbçiləri Xersonda deputatı qaçırıblar
Siyasət 60

Rusiya hərbçiləri UKraynanın Xerson vilayətində Novokaxovka şəhər sovetinin deputatı İqor Protokovilonu qaçırıblar.

BAKU.WS "Report"-a istinadən xəbər verir ki, bu barədə Kaxovka şəhər ərazi icması öz feysbuk səhifəsində məlumat yayıb.

“Aprelin 19-da Nova Kaxovka sakini, Novokaxovka Şəhər Sovetinin deputatı Protokovilo İqor Anatolyeviç Rusiya hərbçiləri tərəfindən öz evindən aparılıb”, - məlumatda bildirilir.

Qeyd olunur ki, hələlik Protokovilonun yeri məlum deyil.

Xatırladaq ki, aprelin 30-da Xerson vilayətinin Kaxovka şəhərində Rusiya hərbçiləri məktəbin direktoru Viktor Pendalçuku evdən aparıblar. Onun da harada olduğu bilinmir.

Son xəbərlər