Rusiya hərbçiləri ilk dəfə "Lyaquşka"dan istifadə etdi - VİDEO

Rusiya hərbçiləri ilk dəfə Lyaquşkadan istifadə etdi - VİDEO
Video
Siyasət 142

Rusiya Silahlı Qüvvələri xüsusi hərbi əməliyyat zonasında ilk dəfə "Lyaquşka" adlı robotlaşdırılmış platformadan istifadə ediblər.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, "Lyaquşka" Avdeyevka istiqamətində pulemyot heyətinə uğurla atəş açıb.

Kəşfiyyatçılar platformaya elektrik partlayıcısı olan bir neçə minaatan mərmisi qoyaraq avtomobili Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə göndəriblər.

Uzaqdan idarə olunan dördtəkərli platforma 30 kiloqrama qədər yük daşıya bilir. Üç nəfərdən ibarət komanda cihazı idarə edir və onu idarə etmək üçün pult və xüsusi eynəkdən istifadə olunur. Robotun antenasına qoşulmuş kamera "Lyaquşka"nı hədəfə yönəltməyə imkan verir.

Son xəbərlər