Rusiya ermənilərin yalanını üzə çıxardı
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı Türkiyədən Azərbaycana 300 suriyalının göndərilməsi haqqında “Skay Nyus Arabia” və BBC-nin yaydığı və guya ABŞ Müdafiə Nazirliyinin məmurunun həqiqi olduğunu təsdiqlədiyi informasiyaları yoxlayıb.
Rusiya Baş Qərargahı bunun erməni KİV-lərinin ortaya atdığı saxta xəbər olduğunu müəyyən edib.
Bu barədə Axar.az-a Rusiya hökumətindəki mənbəyə istinadla adının açıqlanmasını istəməyən rusiyalı alim məlumat verib.
“Əgər bu həqiqətən belə olubsa, o zaman bu informasiya Pentaqonun veb səhifəsində yerləşdirilərdi. Eləcə də Qarabağdan alınan son məlumatlar orada heç bir terrorçu qrup və ayrı insanların olmadığını göstərir”, – deyə mənbə bildirib.
Oxşar xəbərlər
Ermənistanın təxribatları dünya mediasında işıqlandırılmağa davam edir
1 oktyabr tarixində BBC World Radionun “Newsday” proqramında səfir Elin Süleymanovun müsahibəsi baş tutub. Azərbaycanın ABŞ-dakı Səfirliyindən BAKU.WS-ə verilən...