Rusiya bu görüntüləri yayaraq dünyaya meydan oxudu - VİDEO

Rusiya bu görüntüləri yayaraq dünyaya meydan oxudu - VİDEO
Video
Siyasət 1012
Rusiya Müdafiə Nazirliyi “Mərkəz-2019” təlimindən hazırlanmış video-çarxı yayımlayıb.BAKU.WS İHA-ya istinadən xəbər verir ki, Çin, Hindistan, Qırğızıstan, Pakistan, Qazaxıstan, Tacikistan və Özbəkistan ordularının da qatıldığı təlim Mərkəzi Asiyanın təhlükəsizliyi və terrorizmə qarşı ortaq mübarizəni gücləndirmək məqsədilə həyata keçirilib.Təlimlərdə 128 min əsgər, 20 mindən çox silah, 600 təyyarə və 15 gəmi yer alıb. Rusiyanın Totski, Çebarkulski, Aleyski, Aşuluk və Safakulevo bölgələri ilə yanaşı, Qazaxıstan və Xəzər dənizi sahilləri də daxil edilmişdi.“Mərkəz-2019”da ən son mdel silahlardan, uzaqmənzilli atəş vasitələrindən və digər hərbi texnikalardan istifadə edilib. Rusiya təlimdən hazırladığı video ilə düşmənlərinə də gözdağı verib.

Son xəbərlər