Rusiya BMT-dən qovulur? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Ukraynaya hücumunun ardından BMT-nin bu ölkəyə sanksiya tətbiq edə bilməməsi qurumun strukturunun acizliyini bir daha ortaya çıxardı.
Çünki təşkilatın Təhlükəsizlik Şurasında qətnamələrin qəbulu vacibdir.
Lakin Rusiyanın orada daimi üzv olması və veto hüququna sahibliyi bunu qeyri-mümkün edir. Elə isə rəsmi Moskvanı cəzalandırmağın alternativ yolları axtarılmalıdır. Amma BMT-nin nizamnaməsində Təhlükəsizlik Şurasının daimi nümayəndəliyindən kənarlaşdırma deyə bir şey yoxdur.
Lakin qurumun üzvlüyündən çıxarılma var. Ancaq bunun üçün də Təhlükəsizlik Şurasının yekun qərarı lazımdır. Belə çıxır ki, Rusiya özünü BMT-dən kənarlaşdırılmasını veto etməməlidir. Bu isə mümkünsüzdür.
Nəticədə təhlükəsizlik şurasının 5 daimi üzvündən birinə qarşı heç bir addımın atıla bilməməsi bu qurumun nüfuzuna ciddi zərbə vurur.
Daha ətraflı BAKU TV-nin süjetində:
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...