Rusiya Azərbaycan və Ermənistanı danışıqlara çağırdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya Ermənistan və Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən narahatdır və eskalasiyanı dayandırmaq üçün hər şey edəcək”.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Şurasının sədri Valentina Matviyenko jurnalistlərə açıqlamasında bildirib.
"Biz bu vəziyyətdən çox həyəcanlı və narahatıq. Eskalasiyanı, döyüşü dayandırmaq üçün hər şey edəcəyik. Bunun ardınca danışıqlar prosesi çərçivəsində qarşılıqlı məqbul həll yolları tapacağıq. Vəziyyət, həqiqətən, narahatedicidir", - deyə o vurğulayıb.
Azərbaycan və Ermənistanı danışıqlara çağıran V.Matviyenko bildirib ki, MDB Parlamentlərarası Assambleyanın sədri kimi ona həm Azərbaycan, həm də Ermənistan parlament rəhbərlərinin müraciəti daxil olub: “Hər iki ölkə Rusiya ilə tərəfdaş və dostdur. Fikrimcə, indi əsas məsələ günahkar axtarmaq deyil, istənilən döyüş fəaliyyətini dərhal dayandırmaqdır. Eskalasiyanın qarşısının alınması, sülh əldə olunması üçün diplomatik yollarla bütün tədbirlər görülür. Rusiya ATƏT-in Minsk Qrupunun üzvü kimi də bu məsələ ilə bağlı öz missiyasını yerinə yetirir”.
O, parlament xətti ilə də bu istiqamətdə səylər göstərildiyini vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə müsahibə verib - TAM MƏTN
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibə ve...