Rüşvətə görə tutulan hərbi komissarın cəzası azaldıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Rüşvətə görə tutulmuş Sabunçu rayon hərbi komissarlığının rəisi, polkovnik Rövşən Babayevin cəza müddəti azaldılıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən iclasda qərar çıxarılıb.
Qərara əsasən, Bakı Hərbi Məhkəməsinin hökmü dəyişdirilib. Polkovnikin həbs müddəti 4 ildən 3 ilə endirilib.
Qeyd edək ki, R.Babayev 2021-ci ildə vəzifə başında olarkən həbs olunub. Onun barəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb. Məlum olub ki, o, 2016-2019-cu illərdə komissarlığın hərbi xidmətə çağırış şöbəsinin baş zabiti Yaşar Hüseynov və digər 3 nəfərlə əlbir olaraq 11 şəxsin hərbi xidmətə yararsız hesab edilməsinə şərait yaradıb. Bunun müqabilində 22 min 800 manat rüşvət alıb.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Rövşən Babayev 4 il, Yaşar Hüseynov 3 il azadlıqdan məhrum edilmişdi.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...