Rus snayperlər Ukraynada jurnalistləri güllələdilər, biri ÖLDÜ - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın Xerson vilayətində jurnalistlər rus snayperləri tərəfindən güllələnib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə ukraynalı jurnalist Boqdan Bitik həyatını itirib, İtaliyanın "La Repubblica" nəşrinin müxbiri Korrado Zunino çiynindən yaralanıb.
Məlumata görə, hadisə Dinepr çayı üzərindəki Antonovski körpüsü yaxınlığında baş verib.
Bildirilib ki, döyüş əməliyyatlarının gedişini işıqlandıran hər iki jurnalistin əynində üzərinə “Press” yazılmış gülləkeçirməz jiletlər olub.
“Onlar bizə atəş açdılar. Boqdanı yerdə gördüm, yerindən tərpənmədi. Mülki avtomobilə çırpılana qədər qaçdım. Qan içində idim, məni Xerson xəstəxanasına apardılar. Bir neçə dəfə Boqdana zəng etmək istəsəm də, cavab vermədi. O, mənim dostum, böyük qardaşım idi, bu ağrı dözülməzdir”, - deyə Zunino mətbuata açıqlamasında bildirib.
Qalereya
Oxşar xəbərlər
Baxmutdan necə sağ çıxdım? - FOTO/VİDEO
Mübariz Aslanov yazır... İlk dəfə idi ki, bu qədər gözləyirdim. Bundan əvvəl, son bir ildə - Ukraynada müharibə başlayandan bəri Donetsk vilayətinə 4 və ya 5 də...