Rus əsgərlər Çernobılda radiasiaya məruz qalıblar
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın Çernobıl şəhərini işğal edərkən Çernobıl ətrafındakı meşədə xəndək qazan və balıq tutan rus əsgərləri radiasiaya məruz qalıblar.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, səlahiyyətlilər hadisəni təsdiqləyib.
Məlumata görə, 37 il əvvəl ətrafı çirkləndirən AES-in yaxınlığında yaşayan ukraynalılar ruslara gələn zaman meşədə düşərgə salmamaq barədə xəbərdarlıq ediblər.
Yerli sakinlərin sözlərinə görə, bəzi ruslar meşədə məskunlaşıb xəndəklər qazaraq, balıq tutub, heyvanları güllələyib, onları bu yolla ölümə tərk ediblər.
Qeydə alınan semptomlar radiasiyaya məruz qaldıqdan sonra bir saat da, bir neçə ay da davam edə bilər. Bu hal çox vaxt ölümlə nəticələnir.
Qadağan olunmuş zonaya cavabdeh olan dövlət nazirliyində işləyən 30 yaşlı ekskursiya bələdçisi Oksana Pişna açıqlamasında, “Məntiq axtarmayın, bu sadəcə axmaqlıqdır”, - deyib.
Oxşar xəbərlər
Çernobıl qəzasından 37 il ÖTÜR
Bəşəriyyət tarixində ən böyük qəzalardan hesab edilən Çernobıl faciəsindən 37 il ötür. BAKU.WS xəbər verir ki, 1986-cı il aprelin 26-da Ukraynanın Kiyev vilayət...