“Rossiya 24” Bakıda keçirilən beynəlxalq konfransla bağlı süjet hazırlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
“Rossiya 24” telekanalı Bakıda keçirilən “Neokolonializm: insan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda beynəlxalq konfransla bağlı süjet hazırlayıb.
“Report”un xəbərinə görə, süjetdə Fransanın ötən əsrdə Polineziyada 200-ə yaxın, Əlcəzairdə isə yüzlərlə eyni sınağı həyata keçirdiyi qeyd edilib.
Qeyd olunur ki, Fransanın qoyduğu minalara görə Əlcəzair sakinləri hələ də əziyyət çəkir: “Bəşəriyyətin müstəmləkə tarixində qanlı cinayətlərin əksəriyyətini Fransa törədib.
O, Afrikanın, Cənub-Şərqi Asiyanın, Sakit okeanın onlarla ölkəsini işğal edib. Latın Amerikası bölgəsinin sərvətlərini talan edərək, xalqlarını uzun illər əsarət altında saxlayan Fransa bu ərazilərdə çoxsaylı hərbi cinayətlər törədib".
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...