Roma Papası abort, surroqat analıq və cinsiyyətin dəyişdirilməsindən danışıb

Roma Papası abort, surroqat analıq və cinsiyyətin dəyişdirilməsindən danışıb
Siyasət 1

Roma Papası Fransisk abort, surroqat analıq və cinsiyyətin dəyişdirilməsini kəskin şəkildə pisləyib.

BAKU.WS xəbər verir ki, o, bu barədə aprelin 8-də dərc olunan “Dignitas infinita” (latın dilindən tərcümədə “Sonsuz ləyaqət” kimi tərcümə olunur) adlı yeni bəyanatında bildirib.

Fransisk hamiləliyin dayandırılmasının “ən müdafiəsiz və günahsız olanların” insan ləyaqətindən məhrum edilməsindən başqa bir şey olmadığını deyib.

Vurğulanıb ki, insan, hətta doğulmamış uşaq da müqəddəs və toxunulmazdır və bu, istənilən vəziyyətə və onun inkişafının istənilən mərhələsinə aiddir. Roma Katolik Kilsəsinin rəhbəri surroqat anaya da oxşar etirazlarını bildirib.

Onun fikrincə, qadın qazanc məqsədilə uşağı daşıyanda o, “yalnız obyektə” çevrilir və qadının ləyaqəti tapdalanır. Fransisk daha sonra qeyd edib ki, uşaq sahibi olmaq üçün edilən arzu uşaq sahibi olmaq hüququna çevrilə bilməz.

O, həmçinin cinsiyyətin dəyişdirilməsinə və gender-neytrala “gender nəzəriyyəsinə” qarşı çıxıb və bunları Tanrı tərəfindən verilmiş insan ləyaqətinin ciddi şəkildə pozulması adlandırıb.

Bəyanatda deyilir:

“Özünü idarə etmək istəyi insanın özünü Allah etmək üçün əbədi vəsvəsəsinə boyun əyməkdən başqa bir şey deyildir. Papanın fikrincə, insan öz bədənini yaradıldığı kimi qəbul etməli və ona hörmət etməlidir və cinsiyyətin dəyişməsi hamiləlik anından hər kəsə bəxş edilən unikal insan ləyaqətini təhdid edir.

Bundan başqa Fransisk insanların cinsi oriyentasiyasına görə təqib edilməsini, işgəncələrə məruz qalmasını və öldürülməsini insan ləyaqətinin pozulması adlandırıb. Qadınlara qarşı zorakılığın qlobal bir qalmaqal olduğunu qeyd edib. Sənəddə vurğulanır ki, hər bir insana onun ləyaqətini pozmadan hörmət etmək lazımdır. O, həmçinin müharibəni, miqrantlara qarşı zorakılığı, insan alverini və qadınlara qarşı zorakılığı pisləyib.

Son xəbərlər