Robert Köçəryan: “Dörd ayda Ermənistanı 80 min nəfər həmişəlik tərk edib”

Ermənistanın ikinci prezidenti, “Ermənistan” blokunun lideri Robert Köçəryan ölkəsini tərk edən vətəndaşların sayının kəskin artması barədə danışıb.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Məlumata əsasən, Köçəryan cümə günü Ermənistanın Sevan şəhərində tərəfdarları ilə görüşü zamanı bu mövzuya toxunub.
O, bildirib ki, son bir neçə ayda ölkəni tərk edərək geri qayıtlmayanların sayı kəskin şəkildə artıb. Dörd ay ərzində mənfi saldo 80 min nəfər təşkil edib. Bənzər göstəricilər Ermənistanda 90-cı illərin əvvəllərində qeydə alınıb. Bu isə artıq depopulyasiya, yəni qaçış adlanır.
Oxşar xəbərlər
Son 29 ildə Ermənistan əhalisinin sayı 700 min nəfər azalıb
Son 29 ildə Ermənistan əhalisinin sayı təxminən 700 min nəfərə yaxın azalıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, 1992-ci ilin əvvəlində Ermənistan əhalisin...
