Robert Koçaryan ailəsi ilə ABŞ-yə köçür
07
may
2023
20:20
Robert Koçaryan ailəsi ilə birlikdə ABŞ-yə mühacirət edir.
Ermənistan mətbuatının məlumatına görə, keçmiş prezidentin artıq bunun üçün əsası var. Belə ki, onun kiçik oğlunun üç övladı ABŞ-də doğulub.
Bildirilir ki, Koçaryanın göstərişi ilə artıq ailənin pul və biznesini xaricə köçürmək üçün proseslər başlayıb.
Deyilənlərə görə, Robertin mühacirəti həm də Serj Sarkisyanın fəallığının kəskin artması ilə bağlıdır. Sonuncunun nə isə bildiyi və buna görə də müxalifət düşərgəsindəki boş yeri tutmaq ümidi ilə fəallaşdığı güman edilir.
Oxşar xəbərlər
Ermənistanda etirazlar: Koçaryanın oğlu da saxlanıldı - YENİLƏNİB + VİDEO
Ermənistanda davam edən etirazlar fonunda “Müqavimət” hərəkatı üzvləri yenidən İrəvanın mərkəzindəki Baqramyan prospektini bağlayıblar. BAKU.WS "Oxu.az"a istin...