İrlandiyanın ticarət naziri hökumət dəyişikliyi fonunda istefa verib
02
apr
2024
22:36
İrlandiyanın sahibkarlıq, ticarət və məşğulluq naziri Saymon Koveni vəzifəsini tərk edib.
“Report” xəbər verir ki, S.Koveni bu qərarını “X” sosial şəbəkəsində açıqlayıb.
“Ötən gün "Fine Gael" partiyasının lideri Saymon Harrislə danışdım və ona dedim ki, parlament gələn həftə tətildən qayıdanda Nazirlər Kabinetində xidmət edə bilməyəcəm. "Kork Mərkəzi”nin deputatı kimi parlamentin aşağı palatasında hökuməti fəal şəkildə dəstəkləyəcəyəm”, - o bildirib.
Qeyd edək ki, o, 2017-2022-ci illərdə ölkənin xarici işlər naziri olub.
Oxşar xəbərlər
Türkiyə seçkilərində son rəqəmlər: Ərdoğan liderdir - YENİLƏNİR
Türkiyədə səsvermə qutularının 99,01 faizi açılıb. Bu barədə Türkiyə Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Son məlumata görə, Rəcəb Tayyib Ərdoğan 49,36 faiz...