İrəvanda olan azərbaycanlı deputatdan maraqlı PAYLAŞIM - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclisin deputatları Tahir Mirkişili və Soltan Məmmədov AVRONEST Parlament Assambleyasının komitə iclasında iştirak etmək üçün Ermənistanın paytaxtında səfərdədirlər.
BAKU.WS xəbər verir ki, ilk dəfə Ermənistana səfər edən Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Tahir Mirkişili sosial şəbəkə hesabında İrəvanda keçirilən iclasdan maraqlı paylaşım edib:
“Bir az yumor İrəvandan. Enerji Komitəsinin iclasına sədrliyi Azərbaycan (mən) edir, Ermənistan deputatına söz vermədim, yersiz danışırdı. Şikayət edirlər ki, "gör nə günə qalmışıq ki, İrəvanda sədr azərbaycanlı, bizə də söz vermir çıxış etməyə". Yadıma düşdükcə özümü də gülmək tutur. Dövlətimiz və Prezidentimiz var olsun!”
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...