İrəvanda aksiyada saxlanılan ASALA terrorçusu sərbəst buraxılıb - YENİLƏNİB

Ermənistanın paytaxtı İrəvanda saxlanılan ASALA terrorçusu Ambik Sasunyan sərbəst buraxılıb.
BAKU.WS Report-a istinadla xəbər verir ki, bu barədə “Ermənistan” blokunun feysbuk səhifəsində paylaşım edilib.
A.Sasunyanın sözlərinə görə, etiraz aksiyasında iştirak edib və polisdən gənclərin niyə saxlanıldığını soruşduğuna görə bölməyə aparılıb.
***12:30
İrəvanda davam edən aksiyalarda ASALA terror təşkilatının üzvü Hambik Sasunyan saxlanılıb.
BAKU.WS "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Ruben Məlikyan sosial şəbəkədə məlumat yayıb.
Qeyd edək ki, Hambik Sasunyan 1982-ci il yanvarın 28-də Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkanı öldürməkdə təqsirli bilinib və ona ömürlük həbs cəzası verilib. 2021-ci ilin oktyabrında isə azadlığa buraxılaraq İrəvana qayıdıb.
Oxşar xəbərlər
Dünyanı sarsıdan ermənilərin Moskvada törətdiyi terror aktları - FOTO/VİDEO
8 yanvar 1977-ci ildə Moskvada bir neçə terror aktı həyata keçirilib. 17.33-də Moskva metrosunun vaqonunda "İzmaylovskaya" və "Pervomayskaya" stansiyalarının ar...
