İrəvanda 100-dən çox aksiya iştirakçısı saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan polisi İrəvanda hökumət binası yaxınlığında aksiya keçirən 111 nəfəri saxlayıb.
BAKU.WS “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə şəhər polisinin mətbuat xidməti məlumat yayıb.
Onlara qarşı İnzibati Xətalar Məcəlləsinin 182-ci maddəsi (xuliqanlıq törətməkdə şübhəli bilinmə) tətbiq edilib.
Saxlanılanlar arasında Ermənistanın sabiq prezidentinin oğlu Levon Köçəryan da var.
Etirazçılarla polis arasında toqquşma İrəvandakı 3 saylı hökumət binası qarşısında baş verib. İzdihama başçılıq edən müxalifət deputatları nazirlərlə görüşmək üçün binaya daxil olmağa çalışıblar. Polis onları içəri buraxmayıb, 5 nəfər saxlanılıb.
Oxşar xəbərlər
İrəvanda polislə müxaliflər arasında toqquşma: Koçaryanın oğlu saxlanıldı - VİDEO
İrəvanda erməni müxalifətinin aksiyaları davam edir. Müxalifət tərəfdarları Ermənistan paytaxtında bir sıra yolları bağlayıb. Polisin müdaxiləsi ilə etirazçılar...