Rəsmilər COP29-da iştirak üçün Bakıya gəlirlər

Rəsmilər COP29-da iştirak üçün Bakıya gəlirlər
Foto
Siyasət 208

Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Məhmədtohir Zokirzoda noyabrın 16-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclisin deputatı Aydın Mirzəzadə və digər rəsmi şəxslər qarşılayıblar.

Rəsmilər COP29-da iştirak üçün Bakıya gəlirlər

Rəsmilər COP29-da iştirak üçün Bakıya gəlirlər

Eyni zamanda, Özbəkistan Respublikasının Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva da noyabrın 16-da COP29 iştirak etmək məqsədilə ölkəmizə səfərə gəlib.

Rəsmilər COP29-da iştirak üçün Bakıya gəlirlər

Qeyd edk ki, COP29 çərçivəsində noyabrın 16-17-də Bakıda Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşü keçiriləcək. Görüşdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker olmaqla, 167 parlament üzvünün iştirakı gözlənilir.

Son xəbərlər