Repçi Eminemin 30 yaşlı qızı evləndi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Dünyaca məşhur repçi Eminemin 30 yaşlı qızı Aleyna Skott evlənib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, o, uzun müddətdir sevgili olduğu Mett Moillerlerlə həyatını birləşdirib. Cütlük Miçiqanın Detroit şəhərində keçirilən toy məclisində ailə qurub.
Aleyna toyunda "Katerina Bocci" dizaynlı gəlinlik geyinib.
Xatırladaq ki, cütlük 2021-ci ildə nişanlandığını açıqlamışdı.
Aleyna Daun Skottun qızıdır. Onun anası artıq dozada narkotik maddə qəbul etdiyindən dünyasını dəyişib. 2000-ci illərin əvvəllərinə Eminem Aleynanı övladlığa götürüb. Daun Eminemin keçmiş həyat yoldaşı Kim Skottun bacısıdır.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...